ÇL-nin püşkü yenidən atıldı

ESTAFET/ Futbol üzrə UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkatması təkrar keçirilib.

Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.

Bugünkü tədbirin təşkilatçıları İngiltərə klubları “Mançester Yunayted”lə “Liverpul”un yer aldığı şarları səhv salıb. Bu da ardıcıl səhvlər yaradıb.

Təkrar püşkatma Bakı vaxtı ilə saat 18:00-da keçirilib.

UEFA Çempionlar Liqası
1/8 final mərhələsi

“Zalsburq” (Avstriya) – “Bavariya” (Almaniya)
“Sportinq” (Portuqaliya) – “Mançester Siti” (İngiltərə)
“Benfika” (Portuqaliya) – “Ayaks” (Niderland)
“Çelsi” (İngiltərə) – “Lill” (Fransa)
“Atletiko” (Madrid, İspaniya) – “Mançester Yunayted” (İngiltərə)
“Vilyarreal” (İspaniya) – “Yuventus” (İtaliya)
“İnter” (İtaliya) – “Liverpul” (İngiltərə)
PSJ (Fransa) – “Real” (İspaniya)

Müəllif: Natiq NƏSİROV