“Tottenhem”in daha bir matçı təxirə salındı

ESTAFET/ Futbol üzrə İngiltərə Premyer Liqasında daha bir oyun təxirə salınıb. XVII turun “Lester” – “Tottenhem” matçı qeyri-müəyyən müddətə keçirilib.
Bu gün baş tutmalı olan qarşılaşmanın təşkilinə koronavirus pandemiyası səbəb olub. Hər iki komandada yoluxanlar olduğu üçün qarşılaşma baş tutmayacaq.
Qeyd edək ki, bunadək “Tottenhem”in iki görüşü keçirilməyib. “Renn”lə Konfrans Liqası matçı ləğv edilib, “Brayton”la çempionat oyunu təxirə düşüb.
