“Sumqayıt” Ayxan Abbasovu yola saldı

ESTAFET/ “Sumqayıt” baş məşqçi Ayxan Abbasovla yollarını ayırıb. Bu barədə “gənclik şəhəri” təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.
Bildirilib ki, 40 yaşlı mütəxəssislə mövsümün sonuna qədər olan müqaviləyə xitam verilib. Buna səbəb komandanın cari mövsümdəki uğursuz çıxışıdır. Komanda 14 turda topladığı 12 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.
Qeyd edək ki, Ayxan Abbasov 2018-ci ildən bəri “Sumqayıt”a başçılıq edib.

