Boksçumuz beynəlxalq turnirə qələbə ilə başladı

ESTAFET/ Serbiyanın Loznitsa şəhərində boks üzrə beynəlxalq turnirə start verilib. Yığmamızın yarışdakı yeganə idmançısı Mirşərif Kazımzadə ilk gündə rinqə çıxıb.
75 kq çəki dərəcəsində mübarizə aparan boksçumuz moldovalı Vlad Qavriluçla üz-üzə gəlib. Kazımzadə rəqibini 2:1 (29:28, 28:29, 29:28) hesabı ilə məğlub edib. O, 1/4 finalda serbiyalı Sandro Poletanla üz-üzə gələcək.
Qeyd edək ki, 18 ölkədən 150-dən artıq boksçunun qatıldığı turnirdə final görüşləri dekabrın 18-də keçiriləcək.
