Eddi İsrafilov "Neftçi"də?

ESTAFET/ "Neftçi" qış fasiləsinin ilk transerini gerçəkləşdirib. Paytaxt klubu Azərbaycan millisində oynamış Eddi İsrafilovu rənglərinə bağlayıb.
O, bu səbəbdən "Luqo" ilə 2 aylıq müqavilənin müddətini uzatmayıb. İyunda "Albasete"dən ayrıldıqdan sonra klubsuz qalan, noyabrda "Luqo"ya baxışa gedən və bəyənilən yarımmüdafiəçi öz gələcəyini Sequndanın adıçəkilən təmsilçisində görməyib.
İspaniyanın aşağı liqa komandası da 29 yaşlı orta sahə oyunçusunun bu addımına anlayış göstərib.
2015-ci ildən Azərbaycan yığmasına dəvət alan Eddi son olaraq, 2019-cu il noyabrında Slovakiyaya səfərdə 0:2 hesabı ilə uduzduqları AVRO-2020-nin seçmə oyununda bu formanı geyinib.
İsrafilov gələn ilin ilk ayında İspaniyadan bura gələcək. O, vaxtilə millimizin şərəfini qoruduğundan yerli oyunçu statusu ilə sifariş olunacaq.
Atası toqolu, anası azərbaycanlı olan yarımmüdafiəçi son 2 ildə yığmaya dəvət almamasının 2 səbəbi var.
Eddi öncə Slovakiya səfərindən öncə düşərgədə qalmaqala səbəb olub, Ramil Şeydayev və Qara Qarayevlə mübahisə edib. Daha sonra hər bir azərbaycanlının qəlbinə toxunan hərəkəti ilə gündəmə gəlib. Futbolçunun anası oğlunun ermənilərin Azərbaycana qarşı insanlığa yaraşmayan təxribatlara yol verməsinə, torpaqlarımıza hücum etməsinə səssiz qalmasına, sosial şəbəkədə bununla bağlı mövqe bildirməməsinə haqq qazandırıb (sportinfo.az).
