Dünya çempionatının məkanı dəyişdirildi

ESTAFET/ Şahmatın blits və rapid növləri üzrə dünya çempionatının keçiriləcəyi məkan dəyişdirilib. Məlum olduğu kimi, daha öncə çempionatın Qazaxstanın paytaxtı Nur-Sultan şəhərində keçiriləcəyi haqda məlumat verilmişdi. Lakin bu günlərdə FIDE-nin saytında verilən xəbərə görə çempionatın keçirilməsi Polşanın paytaxtı Varşavaya həvalə olunub.

Çempionatın keçirilmə tarixi isə dəyişməz olaraq qalıb. Şahmat ustaları dekabrın 25-indən 31-ədək iki növdə dünyanın ən güclüsünü müəyyən edəcəklər. 

Bu yarışa marağı artıran əsas məqam isə, hazırkı dünya çempionu norveçli dahi Maqnus Karlsenin titulunu qorumaq üçün mübarizəyə qoşulacağını bildirməsidir. 

Çempionatın rəsmi saytında olan məlumata görə indiyədək kişilərdə 134, qadınlarda isə 79 şahmat ustası qeydiyyatdan keçib. 

Azərbaycan kişilərin mübarizəsinə Şəhriyar Məmmədyarov, Raud Məmmədov, Məhəmməd Muradlı, Aydın Süleymanlı, Vüqar Əsədli və Xəzər Babazadə ilə qoşulacaq. 

Qadınlarda isə, Gülnar Məmmədova, Zeynəb və Türkan Məmmədyarova bacıları, Xanım Balacayeva və Gövhər Beydullayeva Azərbaycanı təmsil edəcəklər. 

Müəllif: Natiq NƏSİROV