“Qarabağ”ın qapıçı axtarışı davam edir

ESTAFET/ “Qarabağ” yeni qapıçı alacaq. Bunu Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov açıqlayıb.
“Komanda” qəzetinin sorğusunda ilin məşqçisi seçilən 49 yaşlı mütəxəssis mükafatlandırma mərasimində qapıçı axtarışlarını davam etdirdiklərini bildirib: "Yeni qapıçı axtarışlarımız davam edir. Dərhal oyunçu gətirmək asan deyil. Proses sürətlə davam edir. Bu məsələni maksimum dərəcədə tez həll olunmasına çalışırıq"
Qeyd edək ki, hazırda Azərbaycan millisinin əsas qapıçısı Şahruddin Məhəmmədəliyevlə onun əvəzləyicisi Emil Balayev “Qarabağ”ın formasını geyinir.

