“Real”ın İsko ilə bağlı qərarı

ESTAFET/ “Real” yanvarda İskoya azad agent statusu verməyə hazırdır. İspaniya nəhəngi 29 yaşlı yarımmüdafiəçi ilə pulsuz vidalaşmağa da razıdır.

Baş məşqçi Karlo Ançelotti İskoya ehtiyac duymur. Lakin heç bir klub futbolçu ilə bağlı “Real”a müraciət etməyib.

İskonu satmaqla bağlı problem yaşayan madridlilər ona ödənilən yüksək maaşdan azad olmaq arzusundadır. İldə 6,5 milyon avro qazanan futbolçu isə özünə klub axtarmağa tələsmir.

Qeyd edək ki, İskonun müqaviləsi 2022-ci ilin yayında başa çatacaq.

Müəllif: Orxan NOVRUZOV