PSJ-nin futbolçusu yenidən La Liqa klubunda

ESTAFET/ PSJ-nin yarımmüdafiəçisi Rafinya Alkantara karyerasını yenidən İspaniyada davam etdirəcək. Braziliyalı futbolçu “Real Sosyedad”la anlaşıb.
28 yaşlı orta sahə oyunçusu bu gün La Liqa təmsilçisində tibbi müayinədən keçəcək. “Barselona”nın yetirməsi San-Sebastyan klubunda mövsümün sonuna qədər icarə əsasında çıxış edəcək. “Real Sosyedad” bu müddətdə Rafinyanın maaşının bir hissəsini ödəyəcək.
Qeyd edək ki, bu mövsüm Liqa1-də 5 oyun keçirən Rafinya Alkantaranın PSJ ilə müqavilə müddəti 2023-cü ilin yayına qədərdir.
