“Keşlə” 4 futbolçusu ilə vidalaşdı

ESTAFET/ “Keşlə” 4 futbolçu ilə yollarını ayırdığını açıqlayıb. Paytaxt klubu Anatole Abanq, Nicat Qurbanov, Con Kamara və Omar Qudiabi ilə vidalaşdığını rəsmi saytı vasitəsilə bəyan edib.

İlk iki oyunçu ilə başa çatan müqavilənin yenilənməməsi qərara alınıb. Kamara və Qudiabinin sözləşməsinə isə qarşılıqlı razılıqla xitam verilib.

Qeyd edək ki, mövsümün ilk yarısında 14 xal toplayan “Keşlə” turnir cədvəlinin 6-cı pilləsində qərarlaşır.

Müəllif: Bəhruz MƏMMƏDOV