“Sumqayıt” sabiq futbolçusunu qaytardı

ESTAFET/ “Sumqayıt” dövrələrarası fasilədə ilk keçidini reallaşdırıb. Klub rəsmi saytı vasitəsilə Vüqar Bəybalayevlə anlaşdığını bəyan edib.

Son olaraq Gürcüstanın “Telavi” klubunda çıxış edən 29 yaşlı yarımmüdafiəçi yeni komandası ilə 2,5 illik müqavilə imzalayıb. O, “gənclik şəhəri” təmsilçisində 15 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Vüqar Bəybalayev 2017/18 mövsümündə “Sumqayıt”da çıxış edib. Futbolçu həmin mövsüm 24 matçda iştirak edib. Bəybalayev həmçinin “Bakı”, “Turan”, “Rəvan”, “Xəzər Lənkəran”, “Kəpəz” və “Səbail”in şərəfini qoruyub.

Müəllif: Bəhruz MƏMMƏDOV