“Atletiko” Trippyerə əvəzləyici axtarır

ESTAFET/ Türkiyə millisinin futbolçusu Zəki Çelik karyerasını İspaniyada davam etdirə bilər. Sağ cinah müdafiəçisi “Atletiko”nun maraq dairəsindədir.
“Lill”in 24 yaşlı futbolçusuna Kiran Trippyeri əvəzləyicisi kimi baxılır. İngiltərəli futbolçunun “Nyukasl”a keçəcəyi gözlənilir.
Çelikin Fransa klubu ilə müqaviləsi ilyarımdan sonra başa çatacaq. Onun özü də “Atletiko”ya keçməyin əleyhinə deyil.
Qeyd edək ki, madridlilərin transfer siyahısında Nelson Semedu, Pedro Porro, Nordi Mukiele, Cibril Sidibe və Covanni di Lorenso da var. (apasport.az)
