“Fənərbaxça”dan “Tottenhem”ə

ESTAFET/ “Fənərbaxça”nın müdafiəçisi Min Jae Kim karyerasını İngiltərədə davam etdirə bilər. 26 yaşlı futbolçunun Premyer Liqada oynamaq variantı yaranıb.

Çünki “Tottenhem” Cənubi Koreya yığmasının mərkəz müdafiəçisini heyətinə qatmaq fikrinə düşüb. London təmsilçisi yayda arxa xətdəki problemi məhz Kimlə yoluna qoymaq niyyətindədir. Londonlular bununla bağlı tezliklə Türkiyə təmsilçisi ilə danışıqlara başlayacaq. Futbolçu özü həmyerlisi Xın Min Sonla eyni klubda oynamağa müsbət yanaşır.

Qeyd edək ki, Min Jae Kimin “Fənərbaxça” ilə müqavilə müddəti 2025-ci ilin yayına qədərdir. (apasport.az)

Müəllif: Estafet.az