“Səbail”in əcnəbi futbolçusu üçün mövsüm bitdi
ESTAFET “Səbail”in futbolçusu Yurgen Qoxa üçün mövsüm başa çatıb. Bu barədə apasport.az saytına Bakı klubunun baş məşqçisi Aftandil Hacıyev məlumat verib.
Çalışdırıcı Premyer Liqanın XIX turunda “Keşlə” ilə matçda dizindən zədələnən albaniyalı müdafiəçinin durumunun ciddi olduğunu açıqlayıb. Tibbi müayinədən sonra 30 yaşlı oyunçunun ən azı bir ay məşqlərdən uzaq qalacağı bildirilib. Bu da o deməkdir ki, əcnəbi oyunçu mövsümün qalan 8 turunda “Səbail”ə kömək edə bilməyəcək.
Qoxanın hətta əməliyyat olunmaq ehtimalı da var. Zədəsini müalicə, yoxsa əməliyyatla sağaltmaqla bağlı qərarı futbolçu özü verəcək.
Qeyd edək ki, Yurgen Qoxa bu mövsüm Premyer Liqada 17 oyunda 2 qol vurub.