"Olympic Hopes 2022" karate turniri keçiriləcək

ESTAFET 27-28 Avqust tarixlərində Bakıda uşaqlar arasında "Olympic Hopes 2022" beynəlxalq karate turniri keçiriləcək. 

Azərbaycan Milli Karate Federasiyasının (AMKF) təşəbbüsü ilə uşaqlar arasında ilk dəfə təşkil edilən böyük miqyaslı yarış Dünya Karate Federasiyasının (WKF) təqviminə daxil edilib.  Yarış ərəfəsində tanınmış Azərbaycan karateçilərinin iştirakı ilə seminar da nəzərdə tutulub. 

AMKF bu turnirin hər il yay aylarında keçirilməsində və idmançı uşaqların məktəb tətili dövründə bir neçə günlük beynəlxalq idman düşərgəsi olmasında maraqlıdır. Artıq yarışa ilkin hazırlıq işləri başlanıb. Yarışın idarə edilməsinə bir neçə ölkədən beynəlxlaq hakimlər dəvət ediləcək. 

Müəllif: Orxan NOVRUZOV