Mbappe Puşkaşla eyni siyahıda

ESTAFET Milli komandalarda ən erkən yaşda 25 qol həddinə çatan avropalı futbolçuların siyahısı müəyyənləşib. Son olaraq Fransa millisinin hücumçusu Kilian Mbappe adını cədvələ yazdırıb.
Cənubi Afrika ilə qarşılaşmada dubl edən Mbappenin ilk qolu onun yığmadakı 25-ci topu olub. Gənc forvard bunu 23 yaş 99 günlüyündə həyata keçirərək, ən gənc qolçuların sıralamasında 6-cı pillədə özünə yer edib.
Siyahıya Vlodzimer Lubanski başçılıq edir. Robert Levandovskidən sonra Polşa tarixinin ən məhsuldar ikinci qolçusu olan Lubanski 1963-1980-ci illərdə formasını geyindiyi yığmada 25-ci qolunu vuranda 22 yaş 182 günlüyündə olub.
1. Vlodzimer Lubanski (Polşa) – 22 yaş 182 gün (ümumilikdə 48 qol)
2. Ferens Puşkaş (Macarıstan) - 22 yaş 198 gün (84 qol)
3. Lukas Podolski (Almaniya) - 22 yaş 296 gün (49 qol)
4. Sandor Koçsiç (Macarıstan) - 22 yaş 298 gün (75 qol)
5. Florian Albert (Macarıstan) - 23 yaş 40 gün (31 qol)
6. Kilian Mbappe (Fransa) - 23 yaş 99 gün (26 qol)
