Millimiz yenə uduzdu

ESTAFET/ Qadın futbolçulardan ibarət Azərbaycan millisi növbəti oyununu keçirib. Yığmamız DÇ-2023-ün seçmə mərhələsində Bosniya və Herseqovina ilə qarşılaşıb.
Avropa zonası üzrə E qrupunda mübarizə aparan Siyasət Əsgərovun yetirmələri Sarayevodakı matça ikinci qələbə arzusu ilə çıxıb. Son pillədən qurtulmaq üçün qalib gəlməyə borclu olan millimiz bu dəfə də uduzub. Rəqibin heyətində 90+4-cü dəqiqədə Milena Nikoliç qələbə topunu vurub.
7-ci oyununda 6-cı dəfə məğlub olan komanda üç xalla sonuncu pillədə qalıb. Yığmamız bosniyalılardan 4, Maltadan 1 xal geri qalır.
Qeyd edək ki, Rusiya yığması FİFA və UEFA tərəfindən bütün beynəlxalq yarışlardan kənarlaşdırılıb.
DÇ-2023-ün seçmə mərhələsi
Avropa zonası, E qrupu
7 aprel 2022
17:00. Bosniya və Herseqovina – Azərbaycan 1:0
Baş hakim: Korsti Dovl (İngiltərə)
Sarayevo. Qrbavitsa stadionu
