“Qalatasaray” Kiyev “Dinamo”su ilə xeyriyyə matçı keçirəcək

ESTAFET/ Kiyev “Dinamo”su ilə “Qalatasaray” arasında yoxlama görüşü keçiriləcək. Bunu Ukrayna klubunun baş məşqçisi Mirça Luçesku açıqlayıb.

Rumıniyalı mütəxəssis qarşılaşmanın aprelin 14-də İstanbulda baş tutacağını bildirib. Matçdan əldə olunacaq gəlir Rusiya ilə hərbi gərginlik zamanı valideynləri həlak olan ukraynalı uşaqlara xərclənəcək.

Luçesku bu təklifi qəbul etdiyi üçün “Qalatasaray” rəhbərliyinə təşəkkürünü bildirib: “Dinamo” azarkeşləri bu jesti unutmayacaq”. 

Müəllif: Orxan NOVRUZOV