İntizam Komitəsinin növbəti iclası keçirildi

ESTAFET/ İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul edildi:

Premyer Liqanın XXII turunun “Sabah” – “Zirə” oyununda “Sabah” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur (maddə 39);

“Sabah” – “Zirə” oyununda hakimlər otağı internet ilə təmin olunmadığı üçün meydan sahibi kluba xəbərdarlıq edilir;

I Divizionun XXI turunun “Zirə-2” – “Qarabağ-2” oyununda “Qarabağ-2” komandasının futbolçusu Hüseyn Əliyev rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 47.1);

XXI turun MOİK – “Qaradağ Lökbatan” oyununda MOİK klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur (maddə 39);

MOİK – “Qaradağ Lökbatan” oyununda təcili tibbi yardım nümayəndəsi oyuna təyin olunan vaxtdan gec gəldiyi üçün meydan sahibi klub 160 manat cərimə olunur (maddə 59.4);

MOİK klubunun futbolçusu Nurlan Məmmədov ciddi qayda pozuntusuna görə qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 160 manat cərimə olunur (maddə 36.1);

XXI turun “Zaqatala” – “Qəbələ-2” oyununda “Zaqatala” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 160 manat cərimə olunur (maddə 51.1);

“Zaqatala” klubunun azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr işlədildiyi üçün klub 400 manat cərimə olunur (maddə 41.6);

“Qəbələ-2” komandasının 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur (maddə 39);

XXI turun “Şamaxı-2” – “Neftçi-2” oyununda “Neftçi-2” komandasının 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur (maddə 39);

XXI turun “Turan Tovuz” – “Kəpəz” oyununda “Turan Tovuz” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur (maddə 39);

“Kəpəz” klubunun azarkeşləri tərəfindən icazəsiz pankart açıldığına görə klub 160 manat cərimə olunur (maddə 41.9);

XXI turun “Səbail-2” – “Sumqayıt-2” oyununda “Səbail-2” komandasının futbolçusu Xəyal Bədirov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 47.1);

“Səbail-2” – “Sumqayıt-2” oyununda oyun öncəsi “Sumqayıt-2” komandasının nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün klub 80 manat cərimə olunur (maddə 62.1).

Müəllif: Natiq NƏSİROV