“İnter” Martinesi “Barselona”ya satmağa hazırdır

ESTAFET/ “İnter” hücumçusu Lautaro Martinesin satışı ilə bağlı təklifləri nəzərdən keçirməyə hazırdır. “Barselona” 24 yaşlı forvardın keçidinə əsas namizəd hesab olunur.
Milan klubu Argentina millisinin üzvünün transferindən ən azı 80 milyon avro gəlir götürmək istəyir. Bununla belə, tərəflər arasında razılıq əldə olunsa, müqaviləyə “Barsa”nın hücumçusu Memfis Depay və ya yarımmüdafiəçisi Miralem Pyaniç də daxil edilə bilər.
Qeyd edək ki, Lautaro Martines bu mövsüm 41 oyunda 17 qol vurub, 3 məhsuldar ötürmə verib.
