17 yaşadək güləşçilər Xaçmazda toplanış keçir
ESTAFET/ Sərbəst güləş üzrə U-17 yığma komandamız aprelin 25-dən Xaçmaz Olimpiya İdman Kompleksində təlim-məşq toplanışına start verib.
İyunda Rumıniyanın paytaxtı Buxarestdə keçiriləcək U-17 Avropa çempionatına hazırlıq xarakteri daşıyan hazırlıq prosesi mayın 6-dək davam edəcək. Böyük məşqçi Əsgərxan Novruzov, məşqçilər Vahid Məmmədov və Yaşar Əliyevin rəhbərliyi altında həm fiziki, həm də taktiki-texniki məşqlər keçirilir.
Qeyd edək ki, komandamızın mayın 9-dan 11-dək Türkiyənin Antalya şəhərində təşkil olunacaq “Victory cup” turnirində iştirakı da nəzərdə tutulub.