AFFA Apellyasiya Arbitraj Tribunalının qərarları

ESTAFET/ Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının Apellyasiya Arbitraj Tribunalının qərarlarını diqqətinizə çatdırırıq:

1. EFA komandası tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin.

2. İntizam Komitəsinin 08.04.2022-ci il tarixdə EFA komandasının baş məşqçisi Vüsal Mustafayev barəsində verdiyi 1 il 6 ay müddətinə futbol ilə əlaqədar hər hansı fəalliyətlə məşğul olmaq hüququndan məhrum edilməsi barədə cəzası qüvvədə saxlanılsın.

3. “Səbail” PFK İB tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin.

4. İntizam Komitəsinin 08.04.2022-ci il tarixdə “Səbail” futbol komandasının seleksioneri Ramal Hüseynov barəsində verdiyi 2 (iki) il müddətinə yarışlardan kənarlaşdırılma cəzası qüvvədə saxlanılsın.

Müəllif: Natiq NƏSİROV