Həlledici qarşılaşmaların tarixi müəyyənləşib

ESTAFET/ Futzal üzrə Yüksək Liqada mükafatçıların müəyyənləşəcəyi məkan və həlledici qarşılaşmaların tarixi müəyyənləşib.

Federasiyanın mətbuat xidmətinin məlumatına görə, 3-cü yer uğrunda oyun və final matçı mayın 7-də Bakı İdman Sarayında keçiriləcək.

Əvvəlcə meydana bürünc medalın sahibini müəyyənləşdirmək üçün “Neftçi” İK və “Baku Fire” komandaları üz-üzə gələcək. Bu qarşılaşma saat 12:00-da start götürəcək.

Saat 15:00-da isə final oyunu olacaq.  “Araz-Naxçıvan” və EKOL ölkə çempionunun adına aydınlıq gətirəcək. Bu görüşdən sonra mükafatlandırma mərasimi keçiriləcək.

Qeyd edək ki, hər iki oyun "CBC Sport" kanalı vasitəsilə canlı yayımlanacaq.

Müəllif: Zaur HACIYEV