“Araz-Naxçıvan” Portuqaliya klubuna cavab matçında da məğlub oldu

ESTAFET/ "Araz-Naxçıvan" futzal üzrə UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində "Benfika" (Portuqaliya) ilə cavab matçına çıxıb.

Portuqaliyanın paytaxtı Lissabondakı "Pavilyao Fidelidade"də baş tutan görüşdə Naxçıvan təmsilçisi 2:4 hesabı ilə məğlub olub.

Portuqaliya klubunun heyətində İqor de Souza (9.24-cü dəqiqə), Andre Koelho (28.57-ci dəqiqə) və Anilton Silva (34.28, 35.40-cı dəqiqələr) fərqləniblər.

"Araz-Naxçıvan"dan isə Luicci Lonqo (35.52-ci dəqiqə) və Ədalət Ələkbərov (39.40-cı dəqiqə) rəqib qapısına yol tapıblar.

Komandalar arasında Bakıda keçirilən ilk matçda Portuqaliya təmsilçisi 9:0 hesablı qələbə qazanmışdı.

Müəllif: Bəhruz MƏMMƏDOV