Liderdən inamlı qələbə

ESTAFET/ Futzal üzrə Azərbaycan Yüksək Liqasında 9-cu turun iki matçı keçirilib.

Turun mərkəzi görüşündə "Neftçi" İK "Baku Fire" kollektivini 8:4 hesabı ilə məğlub edib.

Digər görüşdə "Şuşa" "Lənkəran" üzərində qələbə qazanıb - 12:5.

Hər iki qarşılaşma "Olimpik Star"da baş tutub.

Turun "Araz-Naxçıvan" – U-19 görüşü Naxçıvan təmsilçisinin UEFA Çempionlar Liqası matçında iştirakı ilə əlaqədar dekabrın 18-nə təyin olunub.

Müəllif: Əli FƏRZƏLİYEV