“Qarabağ” nominal meydan sahibidir

ESTAFET/ Futbol üzrə Azərbaycan Kubokunun final görüşünün püşkatma mərasimi keçirilib. Mərasimdə Peşəkar Futbol Liqasının, “Qarabağ” və “Zirə” klublarının nümayəndələri iştirak ediblər.

PFL Texniki-idman şöbəsinin rəisi Elgiz Abbasov, “Qarabağ” menecer Şaiq Həsənov, “Zirə” isə baş menecer Elman Himayətoğlu ilə təmsil olunub. Püşkatmaya əsasən “Qarabağ” nominal meydan sahibi olub.

Qeyd edək ki, Azərbaycan Kubokunun final oyunu 27 may tarixində Qəbələ şəhər stadionunda keçiriləcək.

Müəllif: Natiq NƏSİROV