Millimizin rəqibində baş məşqçi təsdiqləndi
ESTAFET/ Qazaxıstan millisinin baş məşqçisi postuna təyinat rəsmiləşib. Bunu Qazaxıstan Futbol Federasiyasının mətbuat xidməti açıqlayıb.
Təyinat federasiyanın İcraiyyə Komitəsi tərəfindən təsdiqlənib. Azərbaycan yığmasının Millətlər Liqasındakı rəqibini Maqomed Adiyev çalışdıracaq. Karaqanda “Şaxtyor”unun baş məşqçisi undan sonra Qazaxıstan millisinə rəhbərlik edəcək. 44 yaşlı mütəxəssis yığmadan ayrılan Andrey Karpoviçi əvəzləyib.
Qeyd edək ki, Millətlər Liqasında C Liqasının III qrupunda Qazaxıstan və Azərbaycanla yanaşı, Slovakiya və Belarus mübarizə aparacaq. Yığmamız ilk matçını iyunun 3-də səfərdə məhz Qazaxıstana qarşı keçirəcək. (apasport.az)