AFFA-nın planı - Premyer Liqada 12 klub

ESTAFET/ “Üç komanda birinci diviziona qəbul olundu. Onlardan biri də Naxçıvan təmsilçisidir”. Bunu apasport.az saytına açıqlamasında AFFA İcraiyyə Komitəsinin üzvü İsgəndər Cavadov deyib.

Növbəti mövsümdən “Mingəçevir”, “İmişli” və “Araz Naxçıvan”ın I divizionda iştirak edəcəyini vurğulayan assosiasiya rəsmisi Premyer Liqada komanda sayının 10-a yüksəldilməsinə də münasibət bildirib.

O, 2023/24 mövsümündə bu sayın 12 olacağını da istisna etməyib: “Kəpəz” və “Turan Tovuz” gələn mövsümdən Premyer Liqada iştirak edəcək. Sonrakı mövsüm daha iki komanda cəlb edib, sayı 12-yə yüksəltmək istəyirik. Gələcəkdə bəlkə daha da artdı. Bizdə sponsor məsələsi problemdir. 2-3 klubdan başqa hamısı AFFA-nın boynundadır”.

Müəllif: Orxan NOVRUZOV