Müdafiəçisi “Mançester Siti”dən gedir

ESTAFET/ “Mançester Siti”nin futbolçusu Pedro Porro Portuqaliyada qala bilər. Müdafiəçi icarə əsasında çıxış etdiyi “Sportinq” rəhbərliyi tərəfindən bəyənilib.

Lissabonlular onun transfer hüququnu almağa qərar verib. Hətta “Sportinq”in icarə müqaviləsindəki bəndi aktivləşdirdiyi və 8,5 milyon avro qarşılığında Porroya sahib çıxdığı iddia olunur. Lakin klub bunu mövsümün sonunda rəsmən açıqlamağı planlaşdırır.

Müdafiəçi ilə üç illik müqavilə bağlanacaq. 22 yaşlı futbolçunun sərbəstqalma məbləği 45 milyon avro olacaq. Amma mançesterlilər oyunçunu 20 milyona geri qaytarmaq hüququna da malikdir.

Qeyd edək ki, Pedro mövsümün 33 matçında 4 qol vurub. (apasport.az)

Müəllif: Orxan NOVRUZOV