Bakı Şəhər Halqasının bəyanatı - Formula 1

ESTAFET/ Formula 1 Azərbaycan Qran Prisi 2022 mərhələsinin keçirilməsi ilə əlaqədar aparılan tikinti işləri ilə bağlı BŞH Əməliyyat Şirkətinin bəyanatını nəzərinizə çatdırıriq:

2022-ci il Formula 1 yarışlarına hazırlıq çərçivəsində Muzey Mərkəzi yaxınlığında, trekin ərazisinə daxil olan hissədə aparılan təmir işləri ilə bağlı 13 May 2022-ci il,  saat 00:00-dan etibarən Neftçilər prospektində nəqliyyatın hərəkəti dayandırılacaq.

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti bununla əlaqədar hərəkət iştiakçılarından Azneft dairəsindən alternativ yollardan istifadə etmələrini xahiş edir.

Əməliyyat Şirkəti şəhər sakinlərinə anlayışlarına görə təşəkkür edir.

Müəllif: Natiq NƏSİROV