“Kəpəz”in Rusiyadan gətirmək istədiyi futbolçular
ESTAFET/ Gələn mövsüm yenidən futbol üzrə Azərbaycan Premyer Liqasında iştirak edəcək “Kəpəz” heyətini formalaşdırmaq üçün danışıqları intensivləşdirib.
Gəncə təmsilçisinin maraq dairəsində olan daha 3 futbolçu bəllidir.
Klub “Səbail”in yarımmüdafiəçisi Cavid Tağıyev, həmçinin Rusiya təmsilçisi “Essentuki”nin müdafiəçisi Qvanzav Məhəmmədovla yarımmüdafiəçisi Murad Səttarlını heyətinə cəlb etməkdə maraqlıdır. Hazırda adları çəkilən hər üç oyunçu ilə danışıqlar davam edir.
Qeyd edək ki, 30 yaşlı Murad Səttarlı 2018-ci ildə yarım mövsüm “Kəpəz”in formasını geyinib. Həm o, həm də həmyaşıdı Cavid Tağıyev 2016-cı ildə Azərbaycan millisinin heyətində 1 oyunda çıxış edib. 28 yaşlı Qvanzav Məhəmmədov isə Premyer Liqamızda bir neçə klubun şərəfini qoruyub. (apasport.az)