Bellinqem “Borussiya”da qalır

ESTAFET/ Dortmund “Borussiya”sının yarımmüdafiəçisi Jud Bellinqem gələcək taleyi ilə bağlı sualları cavablandırıb.

İngiltərə millisinin üzvü Bundesliqa klubunu tərk etməyə hazırlaşmır.

19 yaşlı hücumameylli oyunçu “Real” və “Liverpul”un maraq dairəsində olmasına baxmayaraq, müqaviləsinə sadiq qalacaq: “Hazırda yalnız növbəti matç haqda düşünürəm. Gələn mövsüm də komandada olacağam. Kluba kömək etməyə hazıram”.

Qeyd edək ki, Jud Bellinqem bu mövsüm 43 oyunda 6 qol vurub, 13 məhsuldar ötürmə verib. (apasport.az)

Müəllif: Zaur HACIYEV