Millimizin oyunçusu Superliqa klubunda

ESTAFET/ Azərbaycan millisinin voleybolçusu Olena Xarçenkonun yeni klubu bəlli olub. Təcrübəli blokçu karyerasını Türkiyə Superliqasında davam etdirəcək.

Ötən mövsüm bu ölkədə “Bolu Bələdiyyəspor”un şərəfini qoruyan Olena “Çukurova Bələdiyyəspor”la anlaşıb. 25 yaşlı oyunçunun müqaviləsi bir mövsüm üçün nəzərdə tutulub.

Qeyd edək ki, Xarçenkonun yeni komandası ötən mövsüm 1-ci liqanın final mərhələsində ikinci yeri tutaraq Superliqaya yüksəlib.

Müəllif: Natiq NƏSİROV