Namaşko daha 1 il "Şamaxı"da
ESTAFET/ "Şamaxı"da daha bir futbolçunun taleyinə aydınlıq gəlib. Baş məşqçi Rüstəm Əliyevdən sonra qapıçı Stanislav Namaşko da komandada saxlanılıb.
Bu barədə klubun İdarə Heyəti qərar qəbul edib. Tərəflər arasında anlaşmaya əsasən, Moldova millisinin qolkiperinin başa çatan müqaviləsi daha bir il uzadılıb.
Qeyd edək ki, yay fasiləsində İlkin Qırtımovla vidalaşan “Şamaxı” gənc müdafiəçi Rüstəm Daşdəmirovla yeni müqavilə bağlayıb.