A seriyası klubu baş məşqçisini istefaya göndərdi
ESTAFET/ “Verona” baş məşqçi postunda dəyişiklik edib. İtaliya klubu İqor Tudorla yollarını ayırıb.
A seriyası təmsilçisi 44 yaşlı xorvatiyalı mütəxəssisi istefaya göndərmək qərarına gəldiyini açıqlayıb. Komanda geridə qalan mövsümü 9-cu pillədə tamamlayıb.
Qeyd edək ki, İqor Tudor ötən ilin sentyabrından “Verona”nı çalışdırıb. (apasport)