Gənc badmintonçular arasında Respublika birinciliyinə yekun vurulub
ESTAFET/ 1 saylı idman liseyinin badminton zalında 2004-2005 təvəllüdlü gənclər arasında Azərbaycan birinciliyinə yekun vurulub. 30-dan çox badmintonçunun qatıldığı birincilikdə 5 kateqoriya üzrə qaliblər müəyyənləşib:
Şəxsi
Oğlanlar:
1. Aqil Qəbilov 2. Rəvan Niftəliyev 3. Sərxan Bağırov
Qızlar:
1. Həcər Nuriyeva 2. Nigar Əliyeva 3. Əminə İsmayılova
Qoşa
Oğlanlar:
1.Rəvan Niftəliyev – Aqil Qəbilov 2. İlfat Akçurin – Samir İbrahimi 3. Emil Akçurin –Ülvi Hüseynov
Qızlar:
1. Əminə İsmayılova – Həcər Nuriyeva 2. Nərmin Hüseynova – Mədinə Nağıyeva 3. Nərmin Şərifova – Nigar Əliyeva
Qarışıq qoşa
1. Aqil Qəbilov – Nigar Səmədova 2. Rəvan Niftəliyev –Nigar Əliyeva 3. Sərxan Bağırov – Həcər Nuriyeva
Milli Olimpiya Komitəsinin 30 illiyinə həsr olunan, Azərbaycan Badminton Federasiyası və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən Respublika birinciliyinin mükafatçıları diplom və medallarla təltif olunublar. Təşkilatçılar tərəfindən ilk 3 yerin sahiblərinə dəyərli hədiyyələr təqdim olunub.