Yeniyetmələr arasında həndbol üzrə növbəti görüşlər keçirilib

ESTAFET/ Şağan Olimpiya İdman Kompleksində 2006-2008-ci il təvəllüdlü oğlanlar arasında həndbol üzrə Azərbaycan birinciliyi və 2006-cı il təvəllüdlü və ondan kiçik yaşlı yeniyetmə qızlar arasında 28 may – Müstəqillik Gününə həsr olunmuş Bakı şəhər birinciliyi davam edir.
Yarışın ikinci günündə 5 qarşılaşma olub. İlk oyunda oğlanlardan ibarət “Gəncə” komandası Mingəçevir kollektivinə 21-19 hesabı ilə qalib gəlib. “Bakı 1” (Təhsil yığması) və “Bakı 3” komandalarının görüşü 22-9 hesabı ilə nəticələnib.
“Bakı 2” (6 saylı İOEUGİM) – “Mingəçevir” görüşündə qalib müəyyənləşməyib – 13-13.
“Bakı 1” (Təhsil yığması) – “Gəncə” qarşılaşmasında paytaxt həndbolçuları qələbə qazanıblar – 25-18
Qızların turnirində isə, “6 saylı İOEUGİM-1” komandası “2 saylı RİOEUGİM” kollektivinə 8-12 hesabı ilə məğlub olub.
Yarışlara sabah keçiriləcək daha 5 oyunla yekun vurulacaq.
