Dviçayo "DAIHATSU Indonesia" turnirində çıxışını başa vurub

ESTAFET/ Badmintonçumuz Edi Reski Dviçayo İndoneziyanın paytaxtı Cakartada keçirilən "DAIHATSU Indonesia Masters 2022" turnirində çıxışını başa vurub.

"HSBC BWF WORLD TOUR SUPER 500" seriyalı turnirin təsnifat mərhələsində kişi bamdintonçuların şəxsi yarışı çərçivəsində ilk görüşündə indoneziyalı Ahmad Panjiyə 2:0 (21-17,21-18) hesabı ilə qalib gələn Edi, əsas mərhələyə yüksəlmək uğrunda keçirilən növbəti oyunda malaziyalı badmintonçu Joo Venə 0:2 (15:21,11:21) hesabı ilə uduzub.

Müəllif: Zaur HACIYEV