Strollun bolidi parçalandı

ESTAFET/ Formula 1 üzrə Azərbaycan Qran Prisinin hazırda davam edən sıralama turunda qəza yaşanıb.

“Aston Martin” komandasının kanadalı pilotu Lens Stroll qəza törədib. Onun bolidi baryerə dəyib və bu səbəbdən qırmızı bayraq qaldırılaraq fasilə yaranıb. Qəza zamanı Strollun bolidinin ön hissəsi qopub.

Xatırladaq edək ki, Azərbaycan Qran Prisi sabah keçiriləcək yarışla yekunlaşacaq.

Müəllif: Natiq NƏSİROV