Üçüncü sərbəst yürüş start götürdü - Formula 1

ESTAFET/ Formula 1 üzrə 2022-ci il Dünya çempionatının növbəti mərhələsi olan Azərbaycan Qran-prisində üçüncü sərbəst yürüşlərə start verilib.

15 dəqiqə gecikmə ilə başlayan sonuncu yürüş 1 saat davam edəcək. Bundan təxminən 2 saat sonra isə pilotlar sıralama turuna çıxacaqlar.

Qeyd edək ki, dünən keçirilən ilk iki sərbəst yürüşdə müvafiq olaraq Serxio Peres (“Red Bull”) və Şarl Lekler (“Ferrari”) hamını qabaqlayıblar. 

Müəllif: Natiq NƏSİROV