Mayami Qran Prisi 2022 - Formula 1
ESTAFET/ Formula 1 həvəskarları 2022-ci il Dünya çempionatının 5-ci mərhələ həyəcanını Amerika Birləşmiş Ştatlarında yaşadılar. Miami International trasında yaşananların yekun nəticələri aşağıdakı kimi müəyyənləşdi:
FORMULA-1: CRYPTO.COM MIAMI GRAND PRIX 2022 |
||||
Tarix |
Trass |
Dövrə uzunluğu |
Dövrə sayı |
Məsafə |
06-08.05.2022 |
Mayami |
5 410 m |
57 |
308.370 km |
BULUDLU, QURU. HAVA +30 C, TRASS +40 C |
Gərgin mübarizəsi şəraitində keçən yarışın qalibi niderland pilot Maks Ferstappen (Red Bull) oldu. O, 1:34.24.258 vaxt göstəricisi ilə mövsümdə üçüncü qələbəsini qeyd edib. İkinci və üçüncü sıranı Ferrari pilotları tutublar. Müvafiq olaraq monakolu Şarl Lekler (+3.786 saniyə gecikmə) və ispan Karlos Sayns (+8.229) podiumda yer aldılar.
Mərhələnin ən yaxşı dövrəsini mərhələni qalib bitirən Maks Ferstappen edib: 1:31.361 (54-cü dövrədə 213.255 km.s)
Yürüşün nəticələri
№ | Pilot | Komanda | Vaxt | Sürət | Pit |
1 | M.Ferstappen | Red Bull | 1:34.24.258 | 195.960 | 1 |
2 | Ş.Lekler | Ferrari | +3.786 | 195.830 | 1 |
3 | K.Sayns | Ferrari | +8.229 | 195.676 | 1 |
4 | S.Peres | Red Bull | +10.638 | 195.593 | 2 |
5 | C.Rassel | Mercedes | +18.582 | 195.320 | 1 |
6 | L.Hemilton | Mercedes | +21.368 | 195.224 | 1 |
7 | V.Bottas | Alfa Romeo | +25.073 | 195.097 | 1 |
8 | E.Okon | Alpine | +28.386 | 194.983 | 1 |
9 | A.Elbon | Williams | +32.365 | 194.847 | 1 |
10 | L.Stroll | Aston Martin | +37.026 | 194.688 | 1 |
11 | F.Alonso ** | Alpine | +37.128 | 194.684 | 1 |
12 | Y.Tsunoda | Alpha Tauri | +40.146 | 194.581 | 2 |
13 | D.Rikkardo * | McLaren | +40.902 | 194.556 | 2 |
14 | N.Latifi | Williams | +49.936 | 194.248 | 1 |
15 | M.Şumaxer | Haas | +73.305 | 193.457 | 2 |
16 | K.Maqnussen * | Haas | finişə çatmadı | 194.249 | 3 |
17 | S.Fettel | Aston Martin | finişə çatmadı | 193.333 | 2 |
* * Fernando Alonso iki dəfə 5 saniyə cərimə alıb.
* Kevin Maqnussen münaqişəyə görə 5 saniyə cərimə alıb.
* Daniel Rikkardo trasdan kənara çıxaraq üstünlük qazandığına görə 5 saniyə cərimə alıb.
Mübarizəni dayandıranlar
Pilot | Komanda | Dövrə | Səbəb |
Ç.Quanju | Alfa Romeo | 6 | soyutma sistemində qəza |
L.Norris | McLaren | 39 | qəza |
P.Qasli | AlphaTauri | 45 | asılqan |
MÖVSÜMÜN 5-Cİ MƏRHƏLƏSİNDƏN SONRA SIRALAMALAR
Şəxsi birincilik - TOP 10
№ | Sürücü | Ölkə | Komanda | Xal |
1 | Şarl Lekler | MON | Scuderia Ferrari | 104 |
2 | Maks Ferstappen | NED | Red Bull Racing | 85 |
3 | Serxio Peres | MEX | Red Bull Racing | 66 |
4 | Corc Rassel | GBR | Mercedes-AMG Petronas F1 Team | 59 |
5 | Karlos Sayns | ESP | Scuderia Ferrari | 53 |
6 | Lyuis Hemilton | GBR | Mercedes-AMG Petronas F1 Team | 36 |
7 | Lando Norris | GBR | McLaren Racing | 35 |
8 | Valtteri Bottas | FIN | Alfa Romeo F1 Team ORLEN | 30 |
9 | Esteban Okon | FRA | Alpine F1 Team | 24 |
10 | Kevin Maqnussen | DEN | Haas F1 Team | 15 |
Mühəndislər Kuboku - TOP 5
№ | Komanda | Mühərrik | Xal |
1 | Scuderia Ferrari | Ferrari | 157 |
2 | Red Bull Racing | Red Bull Powertrains | 151 |
3 | Mercedes-AMG Petronas F1 Team | Mercedes | 95 |
4 | McLaren Racing | Mercedes | 46 |
5 | Alfa Romeo F1 Team ORLEN | Ferrari | 31 |