"Səbail"in yay hazırlıq planı müəyyənləşdi

ESTAFET/ "Səbail" klubunun yay hazırlıq planı bəlli olub. Klubun rəsmi saytının məlumatına görə, təlim məşq toplanışının ilk mərhələsi iyunun 20-dən iyulun 19-dək Bakıda olacaq.

Bayıl təmsilçisi iyulun 20-də isə Gürcüstana yollanacaq. Tbilisi toplanışı 10 gün davam edəcək.

Hazırlığın hər iki mərhələsində 3 yoxlama matçı nəzərdə tutulub.

Müəllif: Bəhruz MƏMMƏDOV