Basketbol üzrə U-18 milli komandamız Avropa Çempionatına qələbə ilə başladı

ESTAFET/ San Marinoda gənclər arasında təşkil olunmuş Avropa Çempionatının "C" divizionunda U-18 milli komandamız B qrupunda ilk görüşünə çıxıb. Lüksemburq seçməsi ilə qarşılaşan yığmamız gərgin mübarizə şəraitində keçən görüşdən 75-71 hesablı qələbə ilə ayrılıb.

Milli komandamızın qrupdakı növbəti rəqibi Cəbəllütariq komandası olacaq. Oyun 26 iyul Bakı vaxtı ilə saat 19.00 -da start götürəcək.

Müəllif: Məsim MƏSİMZADƏ