"Yarım ilə "Neftçi" Akademiyasının binası hazır olacaq": Vitse-prezident

ESTAFET/ “Neftçi”nin vitse-prezidenti Elnur Eyvazov “Liv Bona Dea Hospital”la əməkdaşlıq müqaviləsinin imzalanma mərasimində çıxış edib. O, klubun yeni bazasında gedən işlər haqda bunları deyib:

“Bazada işlər davam edir. Ən çox diqqət ayırdığımız akademiyasının binasıdır. 6-7 ay ərzində həmin binanın işləri tamamlanacaq. Orada işlər çoxdur. Hər dəfə yeni ideyalar gəlir, planlar dəyişir. Diqqətimiz kifayət qədər oradadır. Ən tez zamanda işləri yekunlaşdırmağı düşünürük”.

Müəllif: Bəhruz MƏMMƏDOV