Basketbolçularımızdan AÇ-də ikinci qələbə

Basketbol üzrə U-18 milli komandamız Avropa Çempionatında qrupda ikinci qələbəsini qazandı.

San Marino'da gənclər arasında təşkil olunmuş Avropa Çempionatının "C" divizionunda U-18 milli komandamız B qrupunda ikinci görüşünə çıxıb. Cəbəllütariq seçməsi ilə qarşılaşan yığmamız görüşə fəal başlayıb və yekunda  115-60 hesablı qələbə qazanıb.

Milli komandamızın qrupdakı növbəti rəqibi Ermənistan komandası olacaq. Oyun 27 iyul Bakı vaxtı ilə saat 19.00 -da start götürəcək.

Müəllif: Məsim MƏSİMZADƏ