Mariya Stadnik İslam Həmrəyliyi Oyunlarının qalibi oldu
ESTAFET/ Azərbaycanın qadın güləşçisi Mariya Stadnik Türkiyənin Konya şəhərində təşkil olunan V İslam Həmrəyliyi Oyunlarında final görüşünə çıxıb.
50 kiloqram çəki dərəcəsində yer alan 34 yaşlı idmançının rəqibi özbəkistanlı Jasmina İmmayeva olub. Görüş Stadnikin vaxtından əvvəl 10:0 hesablı təmiz qələbəsi ilə başa çatıb.
Beləliklə, o, karyerasında ikinci dəfə İslamiadanın qalibi olub. Stadnik daha əvvəl Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında da qızıl medal qazanmışdı.