Mariya Stadnik İslam Həmrəyliyi Oyunlarının qalibi oldu

ESTAFET/ Azərbaycanın qadın güləşçisi Mariya Stadnik Türkiyənin Konya şəhərində təşkil olunan V İslam Həmrəyliyi Oyunlarında final görüşünə çıxıb.

50 kiloqram çəki dərəcəsində yer alan 34 yaşlı idmançının rəqibi özbəkistanlı Jasmina İmmayeva olub. Görüş Stadnikin vaxtından əvvəl 10:0 hesablı təmiz qələbəsi ilə başa çatıb.

Beləliklə, o, karyerasında ikinci dəfə İslamiadanın qalibi olub. Stadnik daha əvvəl Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında da qızıl medal qazanmışdı.

Müəllif: Natiq NƏSİROV