BDU-nun tələbəsi V İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanıb
ESTAFET/ Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin II kurs tələbəsi, Azərbaycan Kikboksinq Federasiyasının I vitse-prezidenti Ramal Aslanov V İslam Həmrəyliyi Oyunlarında kikboksinqin "lou kik" növündə gümüş medal qazanıb.
Kikboksinqin "lou kik" növündə 75 kq çəki dərəcəsində çıxış edən Ramal Aslanov finalda Türkiyə idmançısı Ünal Alkayışla mübarizə aparıb.
Qeyd edək ki, Ramal Aslanov 2012 və 2019-cu illərdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən cari ilin kikboksinq üzrə ilin ən yaxşı idmançısı seçilib. Azərbaycanda qeyri-olimpiya idman növlərinin inkişafında xüsusi xidmətlərinə görə Ramal Aslanov 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Fəxri Fərman ilə təltif edilib. 2015-ci ildə "İdman ustası”, 2017-ci ildə isə "Əməkdar idman ustası" fəxri adlarına layiq görülüb.