"Neftçi"nin oyunçusu isinmə hərəkətləri zamanı zədələndi
ESTAFET/ “Neftçi” futbol üzrə Misli Premyer Liqasının V turunun “Sumqayıt”la oyunu öncəsi xoşagəlməz hadisə ilə üzləşib.
Bakılılar Kenni Sayefin xidmətindən məhrum olub.
Legioner isinmə hərəkətləri zamanı zədələnib. Bu gözlənilməz zədə üzündən Kenni start heyətdən çıxarılıb. Onu ilk “11-lik”də Vato Arveladze əvəzləyib. Gürcüstanlı ilk dəqiqələrdən meydana çıxıb.
Qeyd edək ki, “Bakcell Arena”da keçirilən “Neftçi” – “Sumqayıt” matçı saat 20:30-da başlayıb.