"Stolüstü tennis hamı üçün" tədbiri keçirilib
Həftəsonu Şirvan şəhərinin Məhəmməd Füzuli adına İstirahət Parkında Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin "İdman hamı üçün" layihəsi çərçivəsində "Stolüstü tennis hamı üçün" idman tədbiri keçirilib.
Yerli sakinlər tərəfindən böyük maraqla qarşılanan tədbirə onlarla tennis həvəskarı qatılıb. Məşqçi Anar Abdullayevin rəhbərliyi ilə stolüstü tennis üzrə nümunəvi çıxışlar göstərilib, bu idman növünün xüsusiyyətləri barədə ətraflı məlumat verilib.
Qeyd edək ki, əyləncəli idman tədbirinin təşkilində məqsəd, stolüstü tennis idman növünün təbliği, ümumilikdə idmana marağın artırılması, sağlam həyat tərzinə çağırış və asudə vaxtın səmərəli təşkilidir.